Xoşqədəm Hidayətqızı yeni verilişinə ad seçdi

sou
26-08-2016, 11:37 1866
Xoşqədəm Hidayətqızı yeni verilişinə ad seçdi
Aparıcı Xoşqədəm Hidayətqızının verilişinin yeni anonsu yayımlanıb.
Axşam.az-ın məlumatına görə, "Xəzər" telekanalında efirə gedəcək proqramın adı "Səni axtarıram araşdırmaçı-jurnalist Xoşqədəmlə" adlanacaq.
Veriliş yeni mövsümdən yayımlanmağa başlayacaq.
Qeyd edək ki, "Səni axtarıram" ilk dəfə ATV telekanalında yayımlanıb. Daha sonra X.Hidayətqızı telekanaldan qalmaqallı şəkildə ayrılaraq, ANS-ə keçib. Proqramın adı dəyişdirilərək "Xoşqədəmlə axtarıram səni" adlanmışdı.