Türk ordusu Suriyaya girdi: İŞİD-in başı əzilir

dunya
24-08-2016, 10:42 1224
Türk ordusu Suriyaya girdi: İŞİD-in başı əzilir
10:28

Türkiyənin Silahlı Qüvvələri və Suriyada prezident Bəşər Əsəd rejiminin qoşunları ilə yanaşı terrorçulara qarşı vuruşan Koalisiya Qüvvələrinin hərbi təyyarələri Suriyanın Hələb şəhərinin yaxınlığındakı Cerablusda əməliyyata başlayıb.
Milli.Az DHA-ya istinadən bildirir ki, əməliyyatın məqsədi Cerablusun "İraq və Şam İslam Dövləti" (İŞİD) terorçularından təmizlənməsi, Suriyanın ərazi bütövlüyünü qorumaqdır.
Əməliyyat bu gün yerli vaxtla səhər saat 4 radələrində Türkiyə sərhədindən artilleriya və raket atışları ilə başlayıb. 5 dəqiqə sonra Türkiyə ordusunun xüsusi təyinatlı dəstələri Suriya ərazisinə girib. 04.45-də artilleriya atəşləri dayandırılıb. 63 hədəfə 224 dəfə atəş açılıb.
Havadan zərbələrsə 06.08-də başlanıb.

-----------

08:26

Türkiyənin Hərbi-Hava Qüvvələrinə məxsus döyüş təyyarələri İŞİD terror qruplaşmasının Suriyanın şimalında yerləşən Cerablus şəhərindəki mövqelərinə zərbələr endiriblər.
APA-nın xəbərinə görə, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Qeyd edək ki, Türkiyə ordusu koalisiya təyyarələrinin dəstəyi ilə bu gün Suriyanın şimalındakı Cerablus şəhərini İŞİD terrorçularının azadetmə əməliyyatına başlayıb.
Agentliyinin yaydığı məlumatda bildirilir ki, Cerablusdakı əməliyyat Türkiyə sərhədlərinin terrorçu qruplaşmalarından təmizlənməsinə və Suriyanın ərazi bütövlüyünün qorunmasına yönəlib.
Məlumatda həmçinin qeyd olunur ki, hərbi əməliyyat yeni miqrasiya axınlarının qarşısının alınmasına və dinc əhaliyə humanitar yardımların çatdırılmasına yönəlib.

---------

07:58

Türkiyə ordusu koalisiya təyyarələrinin dəstəyi ilə Suriyanın şimalındakı Cerablus şəhərini İŞİD terrorçulardan azad edilməsi üzrə hərbi əməliyyatlara başlayıb. Bu barədə Trend Anadolu agentliyinə istinadən xəbər verir.
Həmçinin istinadən xəbər verilir ki, əməliyyat Türkiyənin sərhədlərini terrorçu qruplaşmaların təmizlənməsinə və Suriyanın ərazi bütövlüyünün dəstəklənməsinə yönəlib.