Bakıda dayanacağı elə yerə qoydular ki...

sosial
22-08-2016, 10:54 1031
Bakıda dayanacağı elə yerə qoydular ki...
Sərnişinlər yolun hərəkət hissəsində avtobus gözləyirlər. Səbəb isə bu yolda dayanacağın olmamasıdır.
Xəzərxəbər-ə istinadən, söhbət Bakı-Quba-Rusiya Federasiyası yolunun Ceyranbatan qəsəbəsi istiqamətindən keçən hissəsindən gedir.
Abşeron rayonu Ceyranbatan qəsəbəsində yaşayan sakinlər həm Bakı, həm də digər istiqamətlərə məhz bu yoldan keçən avtobuslardan istifadə etməklə mənzil başına gedirlər. Ancaq ərazidə dayanacağın olmaması onlara problem yaradır. Sakinlər deyirlər ki, əvvəl ərazidə dayanacaq olsa da, sonradan dayanacaq naməlum səbəblərdən götürülüb.
Eyni problem Masazır dairəsi adlanan ərazidə də yaşanır. Burada isə dairənin qarşı hissəsində dayanacaq qoyulub, ancaq istifadə edən yoxdur. Dayancağın yeri düzgün seçilmədiyindən marşurt avtobusları avtobusu dayanacaq olan yerdə yox, olmayan yerdə saxlayırlar.