Dönər xərçəng xəstəliyinə səbəb olur?

sehiyye
19-08-2016, 10:46 1240
Dönər xərçəng xəstəliyinə səbəb olur?
Hər 8 qadından birinin əzab çəkdiyi bu xəstəlikdən qorunmanın yeganə yolu sağlam qidalanmaqdır.
Deyerler.org-a istinadən, yağda qızardılmış, yağlı heyvan əti, kərə yağı, duzlanmış və hisə verilmiş qidalar, kabablar insan orqanizmində xərçəng hüceyrələrinin inkişafına səbəb olur.
Bu qidalardan daimi istifadə təkcə xərçəngə deyil, digər xəstəliklərə də yol açır. Xərçəngin inkişafına səbəb olan qidaların arasında dönər, ağ un, ağ şəkər, duz, fast-foodda var. Göy, meyvə-tərəvəzdən az istifadə etmək, suyu az qəbul etmək də sağlamlığa zərbə vurur. Aşağıdakı qidalar isə sağlam qidalanmanın əsasını təşkil edir.
Balıq, qara üzüm, kətan toxumu, zeytun yağı, yaşıl çay, soya məhsulları, ağ tut, quşburnu, göy alma, quru soğan, böyürtikəni bol-bol istifadə etmək lazımdır.