Meşə yanğınında iki məktəbli diri-diri yandı

hadise
18-08-2016, 10:35 988
Meşə yanğınında iki məktəbli diri-diri yandı
Avqustun 17-də Rusiyanın İrkutsk vilayətinin Bratsk şəhəri yaxınlığında meşədə baş verən yanğında iki uşaq yanaraq ölüb.
APA-ya istinadən, Fövqəladə Hallar Nazirliyinin (FHN) regional idarəsinin məlumatında deyilir ki, meşədə köhnə, quru lövhələrdən tikilmiş daxma bir anda alovlanıb.
Yanğınsöndürənlər bir neçə dəqiqə ərzində yanğını söndürüblər. Lakin 10 yaşlı iki məktəbli oğlanı xilas etmək mümkün olmayıb. Onların yanmış meyidi qalıqlar arasında tapılıb.
Yanğınsöndürənləri hadisə yerinə başqa bir məktəbli çağırıb. Onun sözlərinə görə, daxmanın üzərində tüstü görəndən sonra tikiliyə doğru qaçıb və alovun çıxışı bürüdüyünü görüb. Yanğında ölən məktəblilər də məhz buna görə daxmadan çıxa bilməyib, diri-diri yanıblar.
FHN-in regional idarəsindən bildirilib ki, hadisəyə alovla ehtiyatsız davranma səbəb olub.
Dəqiq səbəblər aydınlaşdırılır.