Toppuş bacının övladının ilk FOTOsu yayıldı? - AÇIQLAMA
sou
17-08-2016, 12:04
1612
"O, əməliyyat masasına uzanana qədər hamımızı güldürürdü".
Ötən həftə ana olan "Toppuş bacı" təxəllüslü əməkdar artist Tünzalə Əliyevanın ana olması xəbəri, sosial şəbəkə istifadəçiləri tərəfindən hələ də müzakirə olunmaqdadır.
Primetime.az-a istinadən, feysbukda fəal olan səhifələrin birində yayılan körpə uşağın fotosunun Tünzalənin qızı olduğu iddia edilir. Əməkdaşımız özəl klinikaların birində aktrisanın doğum əməliyyatını həyata keçirmiş cərrah ginekoloq Əziz Rəfibəyli ilə əlaqə saxlayıb. Həkim yayılan foto barəsində məlumatsız olsa da, aktrisanın qeysəriyyə əməliyyatı zamanı heç bir çəkilişin aparılmadığını israrla vurğuladı: "Tünzalə xanımı pozitiv insan kimi bir daha kəşf etdik. O, əməliyyat masasına uzanana qədər hamımızı güldürürdü. Hansısa çəkiliş aparılmasından söhbət belə gedə bilməz. Klinikamızda dünyaya göz açan Zəhranın heç bir fotosu çəkilməyib".