Arif Quliyev: “Həmişə Arif olmayacaq ki...”

medeniyyet
26-08-2015, 10:20 956
Arif Quliyev: “Həmişə Arif olmayacaq ki...” Xalq artisti Arif Quliyev gənc aktyorların fəaliyyətindən danışıb. Xalq artisti Teleqraf.com-a bildirib ki, yaşlı nəsil nümayəndələri gənc aktyorlara dəstək olmalıdır: “Yaşlı nəsl gənc aktyorlara dəstək olmalı, istiqamət verməlidir ki, onlar da öz işləri ilə xalqımızı sevindirsinlər. Həmişə Arif olmayacaq ki... Sənət yenilik tələb edir və ona görə də bu yeniliklərdə gənclər iştirak etməlidir”. Xalq artisti son vaxtlar çəkilən filmləri də yaxşı qiymətləndirir: “Bir neçə filmdə çəkilmişəm. Əslində hər bir aktyor öz obrazını oynayır və filmin yaxşı alınması rejissordan asılıdır. Aktyorlara gəlincə Elməddin Cəfərov, Fərda Xudaverdiyev, Müşfiq Şahverdiyev, Rəfael İsgəndərov, Coşqun Rəhimov daim öz üzərlərində işləyirlər və uğurlu obrazları var”.