Bakıda kişi həyat yoldaşını öldürüb həyətində basdırdı

hadise
17-08-2016, 11:55 1069
Bakıda kişi həyat yoldaşını öldürüb həyətində basdırdı
Bakıda kişi qeyri-rəsmi nikah münasibətində yaşadığı qadının itkin düşməsi barədə polisə məlumat verib.
Report-a istinadən, hadisə paytaxtın Xəzər rayonunun Mərdəkan qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 37 yaşlı Altay Həsənov polisə qeyri-rəsmi nikah münasibətində yaşadığı həyat yoldaşı 34 yaşlı Yasəmən Novruzovanın itkin düşməsi barədə məlumat verib.
Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində A.Həsənovun Y.Novruzovanı qətlə yetirərək yaşadığı evin həyətində basdırdığı məlum olub.
Meyit ekspertlərin iştirakı ilə basdırıldığı yerdən çıxarılıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.