İlhamə Quliyevanın sabiq köməkçisinin məhkəməsi başlayıb

sou
15-08-2016, 13:19 1210
İlhamə Quliyevanın sabiq köməkçisinin məhkəməsi başlayıb
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, prosesdə təqsirləndirilən şəxsin vəkili Vasif Mirzəyev cinayət işinin əsassız olduğu üçün işə xitam verilməsi ilə bağlı vəsatət verib.
Məhkəmə müşavirədən sonra vəsatəti təmin etməyib. Proses avqustun 23-də davam edəcək.
Qeyd edək ki, xalq artisti İ.Quliyevanın sabiq köməkçisi M.Hüseynova 2015-ci il oktyabr ayının 21-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 29,180.3.2-ci (soyğunçuluğa cəhd, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. 2016-cı il fevral ayının 13-də Səbail Rayon Məhkəməsində M.Hüseynova barəsində seçilmiş həbs qəti imkan tədbirinin müddəti üç ay uzadılıb.
Xatırladaq ki, İ.Quliyeva 2016-cı il fevral ayının 25-də səhər saatlarında 73 yaşında dünyasını dəyişib.