Rusiya millisində yeni baş məşqçi

idman
11-08-2016, 15:48 1154
Rusiya millisində yeni baş məşqçi
Rusiya millisinin yeni baş məşqçisi müəyyənləşib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu vəzifə 52 yaşlı Stanislav Çerçesova tapşırılıb. O, Rusiya Futbol İttifaqı ilə 2018-ci ilin yayına kimi müqavilə imzalayıb. Çerçesovun illik məvacibi 2 milyon avro təşkil edəcək. Köməkçiləri isə ümumilikdə 800 min avro alacaq.
Qintaras Stauçe, Miroslav Romaşenko və Vladimir Panikov onun köməkçiləri funksiyasını yerinə yetirəcək. Millinin həkimi əvvəlki kimi Eduard Bezuqlov olacaq. Ona Çerçesovun gətirdiyi daha bir həkim ortaqlıq edəcək.
Qeyd edək ki, rusiyalı mütəxəssisin sonuncu iş yeri "Legia" klubu olub. Çerçesov Varşava klubuna Polşa çempionluğu və kubokunu qazandırmışdı.