Saç uzadan soğan suyu - Bunu bilirsiniz?

sehiyye
8-08-2016, 11:28 1102
Saç uzadan soğan suyu - Bunu bilirsiniz?
Soğan yalnız yeməkləri dadlı edən tərəvəz deyil. Soğanın orqanizmə bir çox faydaları vardır ki, bunlardan biri də saçları uzatma xüsusiyyətidir.
Atv.az-a istinadən, tərkibindəki hidrogen-sulfit sayəsində soğan hollagen toxumalarının istehsalını artırır. Bu toxumalar saçların uzanmasında mühüm rol oynayır. Bəs saçları uzatmaq üçün soğandan necə istifadə etmək lazımdır?
2 və ya 4 ədəd soğanı rəndələyin. Suyunu yaxşıca süzüb bir süzgəcdən və ya tənzifdən keçirin. Bu suyu saç dərinizə masaj edərək çəkin. Saçda 15 dəqiqə saxlamaq kifayət edir. Daha sonra saçları hər zaman istifadə etdiyiniz şampunla yuyun və yaxşıca yaxalayın. Bir müddət sonra nəticə xoşunuza gələcək.