Xəstəxanada partlayış: 40 ölü, 50 yaralı - YENİLƏNİB

hadise
8-08-2016, 11:24 1026
Xəstəxanada partlayış: 40 ölü, 50 yaralı - YENİLƏNİB
11:17

Pakistanın Kvetta şəhərində yerləşən xəstəxanada baş verən partlayış nəticəsində 40 nəfər həlak olub, 50-dən çox insan yaralanıb.
Azvision.az xarici mətbuata istinadən xəbərə verir ki, ölənlərin əksəriyyəti jurnalist və vəkillərdir. Belə ki, Bəlucistanın Vəkillər Assosiasiyasının keçmiş prezidenti Bilal Ənvər Kasinin cəsədi xəstəxanaya çatdırıldıqdan sonra orada partlayış baş verib.
Həmin an tibb məntəqəsinə jurnalistlər, vəkillər olub. Partlayış məhz həmin anda baş verib.
Polisin məlumatına görə, partlayışdan dərhal sonra naməlum şəxs tərəfindən atəş açılıb. Bəlucistan Daxili İşlər Nazirliyinin məlumatına əsasən, partlayış kamikadze tərəfindən törədilib. Hadisəyə görə, hələlik heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.

----------

10:23

Pakistanın Kvetta şəhərində hospitaldakı partlayış nəticəsində 15 nəfər ölüb, 20-dən çox insan xəsarət alıb.
Report-a istinadən, bu haqda "RİA Novosti" məlumat yayıb.
Məlumata görə, partlayış səhər saatlarında baş verib. Xəstəxanadan verilən məlumatda bildirilib ki, partlayış reanimasiya şöbəsində törədilib.
Partlayışdan sonra naməlum şəxslər atəş açıblar.
Hadisə yerində Pakistan təhlükəsizlik qüvvələri əməliyyat keçirib.