» » "Qarabağ"ın qənimi Çempionlar Liqası ilə vidalaşdı


"Qarabağ"ın qənimi Çempionlar Liqası ilə vidalaşdı

26-08-2015, 10:09
Oxunub: 378
Çap et
"Qarabağ"ın qənimi Çempionlar Liqası ilə vidalaşdı Çempionlar Liqasının qrup mərhələsinə daha 5 vəsiqənin sahibi müəyyənləşib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, ilk oyun günündə 5 oyun baş tutub.
"Qarabağ"ı turnirdən uzaqlaşdıran "Seltik" ilk oyunda 3-2 məğlub etdiyi "Malmö"nün qonağı olub və meydandan iki cavabsız qolla məğlub ayrılaraq ÇL şansını itirib.
Gecənin digər görüşlərində isə "Şaxtyor" öz meydanında "Rapid"lı 2:2 hesablı bərabərə qalmasına baxmayaraq qrupa yüksəlib. Xorvatiya "Dinamo" isə "Skenderbeu"nu mübarizədən kənarlaşdırıb.
"Basel" səfərdə "Makkabi Tel Aviv" in, "Valensiya" isə "Monako"nun qonağı olub.
"Malmö" (İsveç) - "Seltik" (Şotlandiya) 2:0
Qollar:Rozenberq, 23, Boyata, 55 (öz qapısı)
İlk oyun - 2:3
"Makkabi" (Tel Aviv,İsrail) - "Bazel" (İsveçrə) 1:1
Qollar:Zehavi 24 - Zuffi 11
İlk oyun - 2:2
"Dinamo" (Xorvatiya) - "Skenderbeu" (Albaniya) 4:1
Qollar: Sudani 9, 80, Hodzic 15, Taravel 55 - Eskerdinya 10
Qırmızı vərəqə: Qonsalo 48 (Dinamo)
İlk oyun - 2:1
"Şaxtyor" (Ukrayna) - "Rapid" (Avstriya) 2:2
Qollar: Marlos 10, Qladki 27 - Şaub 13, Hoffman 22
İlk oyun - 1:0
"Monako" (Fransa) - "Valensiya" (İspaniya) 2:1
Qollar: Raqqi 17, Elderson 75 -Neqredo 4
İlk oyun -1:3
Reytinq: