FHN Abşeronda aşkarlanmış döyüş sursatı ilə bağlı məlumat yayıb

sosial
26-08-2015, 10:04 913
FHN Abşeronda aşkarlanmış döyüş sursatı ilə bağlı məlumat yayıb Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Abşeron rayonunda qazıntı işləri aparılarkən döyüş sursatı aşkarlanıb.
FHN-dən bildiriblər ki, dərhal Nazirliyin pirotexnikləri müvafiq işlərinin görülməsi üçün hadisə yerinə cəlb edilmiş və aidiyyəti qurumlar məlumatlandırılıb.
Mütəxəssislər müvafiq təhlükəsizlik tədbirləri görmüş və hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə baxış keçirmişlər. Müəyyən olmuşdur ki, tapılan əşya partlayış təhlükəsi olmayan adi metal parçasıdır.