Yemişin bilmədiyiniz faydaları - FOTO

sehiyye
3-08-2016, 13:59 1158
Yemişin bilmədiyiniz faydaları - FOTO
Yemişin kimyəvi tərkibi çox zəngindir. Burada selüloz, zülallar, nişasta, asan mənimsənilən şəkər, orqanik turşular, vitaminlər və mikroelementlər var.
Sellülozla zəngin olan yemiş bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliyi aradan qaldırır, orqanizmi ziyanlı maddələrdən təmizləyir.
Yemişin tərkibində olan A və C vitaminləri orqanizmin müdafiə funksiyalarını yaxşılaşdırır, immuniteti möhkəmləndirir, bərpa proseslərini gücləndirir. B qrupuna aid olan vitaminlər, fol turşusu, PP vitamini mübadilə proseslərini yaxşılaşdırır, sinir sisteminin fəaliyyətinə müsbət təsir edir. Silisium ilə olduqca zəngin olan yemiş saç və dərini qidalandıraraq gücləndirir, dərini daha hamar və parlaq, saçları isə daha canlı və qalın edir.Bu səbəbdən yemiş və xüsusilə də onun şirəsi kosmetologiyada geniş istifadə olunur. Yemişdən hazırlanan ən asan maska resepti isə belədir - yemişin bir dilimini təmiz üz dərisində bir neçə dəqiqə ərzində "gəzdirin" və şirə quruduqdan sonra üzünüzü ilıq su ilə yuyun.
Tərkibində dəmir və kalium elementləri olan yemiş qan sistemi və ürək üçün çox xeyirlidir. Cərrahi əməliyyat və digər səbəblərə görə qan itirmiş insan üçün yemiş çox faydalıdır.
Şəkərlə zəngin olan yemiş əla enerji mənbəyidir, insanın əhval-ruhiyyəsini yaxşılaşdırır. Lakin məhz bu xüsusiyyətinə görə yemiş şəkərli diabet xəstələri üçün arzuedilməz məhsulların siyahısına daxildir.
Yemiş azkalorili tərəvəzdir və bu səbəbdən də müxtəlif arıqlamaq məqsədi ilə tutulan pəhrizlər zamanı uğurla istifadə oluna bilər.
Bütün bunlar haqqında daha ətraflı məlumat almaq və digər sağlıq mövzuları ilə ətraflı tanış olmaq istəyirsinizsə, Rəna Bayramqızının təqdimatında Lider TV-də yayımlanan "Sağlam Nəsil" verilişini izləməyi unutmayın.
"Sağlam Nəsil" şənbə günü saat 18:00-da Lider TV-də ! Təkrarı bazar günü saat 15:00-da.
Kanalların lideri olan Lider kanalını peyk vasitəsilə aşağıdakı parametrlərdən istifadə etməklə izləyə bilərsiniz.
Azerspace 1 46° E. Tezlik-11135, Polyarizasiya-H, Axın sürəti-27500, FEC 5/6
https://www.youtube.com/c/saglamnesil
İnformasiya dəstəyi - Trend, Day.Az, Milli.Az