» » Liviya ilin sonunadək neft hasilatını 2 dəfə artıracaq


Liviya ilin sonunadək neft hasilatını 2 dəfə artıracaq

2-08-2016, 11:31
Oxunub: 854
Çap et
Liviya ilin sonunadək neft hasilatını 2 dəfə artıracaq
Liviya yaxın iki həftə ərzində gündəlik neft hasilatını 400 min bareldən 550 min barelə, ilin sonuna qədər isə 900 min barelə qədər artırmağı planlaşdırır.
Report-a istinadən, bu barədə Liviya Milli Neft Korporasiyası tərəfindən "The Wall Street Journal"a açıqlamasında deyilib.
Milli Neft Korporasiyası Liviya hökuməti tərəfindən əlavə maliyyə vəsaiti ilə təmin edilib və bunun nəticəsində neft ixracının artırılması nəzərdə tutulub. Lakin ixracın artırılması üçün əsas şərtin Liviya hökuməti ilə ölkədəki silahlı qruplaşmalar arasında razılığın əldə olunması amili göstərilir.
Xatırladaq ki, iyulun 28-də "Bank of America"nın analitikləri neft qiymətlərinin 35-40 dollar/barel diapazonuna kimi geriləyəcəyini açıqlayıblar. Onlar buna səbəb kimi, qlobal iqtisadi durğunluq və neft bazarında təklifin artmasını göstəriblər. Bankın analitikləri əlavə ediblər ki, Liviyada neft hasilatı sektorunun tam gücü ilə çalışması bərpa edilərsə, neft bazarında təklifin kəskin artacağı və qiymətlərin azalacağı ehtimal olunur.
Qeyd edək ki, hazırda "Brent" markalı neftin bir bareli 42 dollardan satılır. Bu, son iqtisadi böhrandakı neftin minimal qiymətindən 55% yüksək, neftin tarixi maksimal qiymətindən isə 3,5 dəfə azdır.
Reytinq: