Cənub axınının qarşısını nə alır? - Turizmə böyük maneə

arasdirma
1-08-2016, 12:39 1542
Cənub axınının qarşısını nə alır? - Turizmə böyük maneə
Azərbaycan son illərdə turizmin inkişaf etdirilməsi üçün mühüm addımlar atır. Ölkəmizdə turizm ili elan edilməklə yanaşı turistlər üçün şərait yaradılmasına xüsusi diqqət ayrılır. Cari yay aylarında paytaxt Bakıda və digər bölgələrdə də Asiya ölkələrinin üstünlük təşkil etdiyi turistlərə tez-tez rast gəlirik.
Onların ölkəyə axını isə turizm sahəsində xüsusi canlanma yaradır. Daha çox paytaxta yönələn turistlərin bölgələrə istiqamətləndirmək üçün də işlə görülür. Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, bir çox bölgələrimizdə fəaliyyət göstərən istirahət zonalarının olması turistlərin cəlb edilməsini asanlaşdırır.
Bu baxımdan xüsusilə seçilən cənub bölgəsi də əcnəbilər üçün maraq kəsb edir. Lakin cənuba tərəf getdikcə yaranan mənzərə heç də xoş deyil. Bərbad yollar turistlərə çətinlik yaradır. Artıq istifadə ediləsi haldan çıxmış yollar vaxt baxımından da problem yaradır. Salyan rayonundan başlayaraq İran sərhəddinə qədər yollarda yaranan çoxsaylı problemlər illərdir qaydasına qoyulmur. Xüsusən, Masallı və Astara rayonlarında vəziyyət həddən artıq bərbaddır.
Ölkənin digər istiqamətlərinə aparan yollarla bağlı problem çoxdan həllini tapsa da, turizm üçün əlverişli olan cənub rayonlarında biz bunu müşahidə edə bilmirik.