Bu qoca 40 ildir mağarada yaşayır

maraqli
1-08-2016, 11:37 1187
Bu qoca 40 ildir mağarada yaşayır
79 yaşlı Pedro Luka artıq 40 ildir ki, hamıdan, hər kəsdən uzaqda, dağdakı mağarada yaşayır. O, yaxınlıqdakı çaydan su daşıyıb içir, meşədə ovladığı heyvanlarla və quşlarla qidalanır.
Daily Mail-ə istinadən, Pedro Lukanın dediyinə görə, içməli su, eletkroenerji, təbii qaz olmadan yaşamını tam normal sayır.
Argentinanın Tukuman vilayətinin şimalında, San Pedro de Kolalalo şəhərindən 70 km uzaqdakı dağda ömür sürən Pedro Luka 11 toyuq və iki keçi d saxlayır.
Hər gün səhər saat 3-də yuxudan duran Pedro ayda bir dəfə şəhər poçtuna yollanaraq 200 dollarlıq pensiyasını götürür, sonra həmin pullara kibrit, duz, şam, un, qarğıdalı və su alıb dağa qayıdır.
"Hələ uşaq yaşlarımda insanlardan, şəhərlərdən uzaqda, təbiətdə yaşamaq istəyirdim. 14 yaşımda işə başladım. Boliviyadakı daş kömür mədənində çalışırdım. Sonra buraya gəldim. Ov olmayanda camaat mənə ərzaq verir", - Pedro Luka söyləyib.