İyirmi rus hərbi gəmisi Xəzərdə

dunya
25-08-2015, 15:01 862
İyirmi rus hərbi gəmisi Xəzərdə Rusiya hərbi dəniz donanması Xəzər dənizində hərbi təlimlərə başlayıb.
AzVision.az-ın məlumatına görə, bu barədə `RİA Novosti` Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Təlimlərdə Rusiya hərbi dəniz donanmasının təxminən 20-yə yaxın gəmisinin iştirak edəcək.
Qeyd edək ki, Azərbaycan hərbi gəmiləri iyulun 29-da “Xəzər Kuboku-2015”də iştirak etmək üçün Mahaçqalaya gəlib. Azərbaycan Respublikasının Hərbi Dəniz Qüvvələrinin 205 layihəli iki patrul-mühafizə kateri və dəniz buksiri Mahaçqala limanına daxil olub.
“Xəzər Kuboku - 2015” avqustun 1-dən 15-nə kimi, Xəzər dənizi akvatoriyasında ümumi sahəsi 300 kv.km olan xüsusi yaradılmış poliqonda keçiriləcək.
Yarış iştirakçıları, əsasən kiçik ölçülü dəniz və hava hədəflərini, üzən minaları məhv edəcək, şərti olaraq qəzaya uğrayan gəmiləri xilas edəcəklər.