Ən nəhəng insanlar bu ölkələrdə yaşayırlar

maraqli
29-07-2016, 11:23 1216
Ən nəhəng insanlar bu ölkələrdə yaşayırlar
Alimlərin apardıqları araşdırmalar əsasında ən ucaboy insanların dünyanın hansı ölkələrində yaşadıqları müəyyən edilib.
AZƏRTAC-a istinadən, tədqiqatların nəticələrinə əsasən, dünyanın ən ucaboy qadınları Litvada, kişiləri isə Hollandiyada yaşayır. Litvalı qadınların orta boyu 168 santimetrdir. Holland kişilərdə isə bu rəqəm 182.5 santimetr təşkil edir.
Elm adamları onu da bildiriblər ki, 1914-cü ildən bu günədək dünyanın 200 ölkəsində əhalinin boyunda artım müşahidə olunub. Məsələn, iranlılarda boy artımı 16 santimetr, koreyalılarda isə 20 santimetr təşkil edib.
Başqa ölkələrə nisbətən daha ucaboylu və cüssəli kişilərə Danimarka, Belçika və Estoniyada, qadınlara isə Latviya ilə yanaşı, Çexiya və Hollandiyada rast gəlmək olar.
Alimlərin hesablamalarına görə, kişilər qadınlara nisbətən orta hesabla 12 santimetr daha hündür olurlar.