Avropa Birliyindən Türkiyəyə MESAJ: “Danışıqlar dondurulacaq”

dunya
25-07-2016, 11:49 1117
Avropa Birliyindən Türkiyəyə MESAJ: “Danışıqlar dondurulacaq”
Avropa Komissiyasının sədri Jan-Klod Yunker Türkiyənin ölüm hökmünü bərpa edəcəyi təqdirdə Türkiyənin Birliyə üzvlüklə bağlı apardığı danışıqların dərhal dondurulacağını bəyan edib.
Modern.az-a istinadən, onun sözlərinə görə, Avropa Birliyində ölüm hökmünün qanuniləşdiyi ölkənin yeri yoxdur.
Xatırladaq ki, iyulun 16-da Türkiyədə bir qrup hərbçinin çevriliş cəhdi zamanı 265 nəfər həlak olmuş, 1400-dən artıq insan yaralanmışdı.
Hadisədən sonra president Rəcəb Tayyip Ərdoğan ölkədə 3 aylıq fövqəladə vəziyyət elan edib.