Azərbaycanda qatıq satan yaşlı qadın döyülüb

hadise
25-08-2015, 14:45 958
Azərbaycanda qatıq satan yaşlı qadın döyülüb Daşkəsəndə qatıq satan 60 yaşlı qadın döyülüb. "Report"un məlumatına görə, rayonun Nizami küçəsində yaşayan 1955-ci il təvəllüdlü Atlas Məmmədova Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının (TTYX) travmatologiya şöbəsinə döş qəfəsinin sağ hissəsinin əzilməsi diaqnozu ilə daxil olub. Ağır vəziyyətdə döyülmüş qadına həkimlər ilkin tibbi yardım göstərib və qadının həyatı təhlükəsi aradan qaldırılıb. Daşkəsən Rayon Polis Şöbəsindən (RPŞ) "Report"a bildirilib ki, Atlas Məmmədova Daşkəsən bazarında qatıq satışı ilə məşğul olub və onun döyülməsi də elə bazarda alver üstündə baş verib.
Faktla bağlı Daşkəsən RPŞ-də qadına bədən xəsarətləri yetirən şəxslər və şəxslərin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.