Olimpiyadada terror hücumu planlaşdıran 12-ci şəxs saxlanıldı

dunya
25-07-2016, 11:42 1488
Olimpiyadada terror hücumu planlaşdıran 12-ci şəxs saxlanıldı
Braziliya polisi Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunları zamanı terror hücumu planlaşdırılmaqda şübhəli bilinən 12-ci şəxsi saxladığını bəyan edib.
Report-a istinadən, şübhəli şəxs antiterror əməliyyatı zamanı saxlanılıb.
Əməliyyat iyulun 22-dən etibarən ölkənin 9 ştatında həyata keçirilib.
Qeyd edək ki, daha əvvəl Braziliya prezidenti vəzifələrini müvəqqəti icra edən Mişel Temer terror hücumlarının planlaşdırılması informasiyası ilə əlaqədar Nazirlər Kabinetinin təcili iclasını keçirmişdi.