» » AZAL və "Ural Hava Yolları" Qəbələ-Moskva aviareysinin kod-şerinqi barədə razılığa gəlib


AZAL və "Ural Hava Yolları" Qəbələ-Moskva aviareysinin kod-şerinqi barədə razılığa gəlib

22-07-2016, 14:48
Oxunub: 1013
Çap et
AZAL və "Ural Hava Yolları" Qəbələ-Moskva aviareysinin kod-şerinqi barədə razılığa gəlib
İyulun 31-dən etibarən "Azərbaycan Hava Yolları" (AZAL) və Rusiyanın "Ural Hava Yolları" aviaşirkəti Qəbələ-Moskva-Qəbələ marşrutu üzrə birgə reysləri yerinə yetirməyə başlayacaq.
"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidməti Milli.Az-a verilən məlumata görə, birgə istismar haqqında sazişə (code-share agreement) əsasən, "Ural Hava Yolları"-nın bu hava xətti ilə reysləri hər iki aviaşirkətin kodları altında yerinə yetiriləcək.
Qəbələ-Moskva-Qəbələ marşrutu üzrə birbaşa uçuşlar hər həftənin bazar günləri yerinə yetiriləcək.
"Domodedovo" (DME) Beynəlxalq Hava Limanından uçuş - Moskva vaxtı ilə səhər saat 11:30-da, Qəbələ Beynəlxalq Hava Limanına (GBB) enmə - yerli vaxtla saat 15:15-də. Qəbələdən uçuş - saat 16:25-də, "Domodedovo" Hava Limanına enmə - yerli vaxtla saat 18:20-də.
Qəbələdən Moskvaya reyslər biznes və ekonom salonlu Airbus A320 laynerləri ilə həyata keçiriləcək.
Aviabiletləri AZAL-ın kassalarında əldə etmək və www.azal.az saytında bronlaşdırmaq mümkündür.
Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlərsiniz:

(+994 12) 598-88-80;
*8880.
E-mail: callcenter@azal.az
Reytinq: