» » Dərbənddəki məktəbin rəhbərliyi Mehriban Əliyeva və Leyla Əliyevaya təşəkkür edib


Dərbənddəki məktəbin rəhbərliyi Mehriban Əliyeva və Leyla Əliyevaya təşəkkür edib

25-08-2015, 14:43
Oxunub: 542
Çap et
Dərbənddəki məktəbin rəhbərliyi Mehriban Əliyeva və Leyla Əliyevaya təşəkkür edib Bakı. 25 avqust. REPORT.AZ/ Dərbənd şəhərinin 4 saylı ümumtəhsil məktəbinin pedaqoji kollektivi məktəbin əsaslı şəkildə təmir olunmasına görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və fondun vitse-prezidenti Leyla Əliyevaya minnətdarlıq edib. Dərbənd şəhər administrasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, məktəbdəki təmir Heydər Əliyev Fondunun vəsaiti hesabına aparılır və Dərbəndin 2000 illiyinin qeyd olunması ilə bağlı tədbirlərə həsr olunub.
Ötən ilin sonunda burada yeni ikimərtəbəli korpusun tikintisinə başlanılıb. Həmin korpusda sinif otaqları, metodik kabinet və əmək təlimi üçün emalatxanaların qurulması nəzərdə tutulub.
Reytinq: