Azərbaycanlı iş adamı Türkiyədə vitse-prezident seçildi

siyaset
25-08-2015, 14:22 1009
Azərbaycanlı iş adamı Türkiyədə vitse-prezident seçildi O, Cobra Kikboksing idman cəmiyyətinin direktorudur.
Azərbaycanlı iş adamı Səbuhi Rəcəb Türkiyə Sport Combat Sambo Federasiyasına 1-ci Vitse Prezident seçilib.
Səbuhi Rəcəb Vaqif oğlu 1982-ci il oktyabrın 20-də Bakıda doğulub.
İxtisasca hüquqşünasdır. Uzun müddət Konstitusiya Məhkəməsində çalışıb. 2010-cu ildən sahibkarlıq fəaliyyəti ilə məşğuldur.
Qeyd edək ki, Səbuhi Rəcəb “12 May” Cobra Kikboksing idman cəmiyyətinin direktorudur. O, “Azərbaycan Sambo Federasiyası” İctimai Birliyinin İcraiyyə Komitəsinin qərarı ilə 2014-cü ildə döyüş sambosu üzrə vitse-prezident seçilib.