Ramil Usubovdan yeni rəis TƏYİNATI

arasdirma
11-07-2016, 15:10 1405
Ramil Usubovdan yeni rəis TƏYİNATI
Daxili işlər naziri general-polkovnik Ramil Usubovun əmri ilə Daşkəsən Rayon Polis Şöbəsinin rəisi Elsevər Aslanov vəzifəsindən azad olunub.
Kəpəz TV-yə (Region TV) istinadən, nazirin digər əmri ilə Elsevər Aslanov Ağstafa Rayon Polis Şöbəsinə rəis təyin olunub. Daşkəsən RPŞ-yə hələlik rəis təyinatı yoxdur.
Qeyd edək ki, Elsevər Aslanov buna qədər Mingəçevir Şəhər Polis Şöbəsində müavin və Beyləqan RPŞ-nin rəisi vəzifələrində çalşıb. O, 2012-ci ildən Daşkəsən polisinə rəhbərlik edir.
Ağstafa Rayon Polis Şöbəsinin sabiq rəisi Yaşar Nuriyev isə bir müddət əvvəl Nəqliyyatda Baş Polis İdarəsinin Dəmiryol Xətt Polisinə rəis təyin olunub.