Xaçmaz sakini bacanağını qәtlә yetirdi

hadise
8-07-2016, 13:50 1289
Xaçmaz sakini bacanağını qәtlә yetirdi
Qubada qətl hadisəsi baş verib.
DİN-ə istinadən, iyulun 8-də Quba rayonunun Nügədi-Qazmalar kəndində Birinci Nügədi kənd sakini Neymət Xəlilovun meyidi tapılıb. O, bıçaqla qətlə yetirilib.
Qətllə bağlı təfərrüatlar da məlum olub.
APA-ya istinadən, hadisə rayonun Nügədi Qazmalar kəndində qeydə alınıb. Xaçmaz rayon sakini, 1984-cü il təvəllüdlü Nəsirov Emin Məhəmməd oğlu münaqişə zəminində bacanağı, Quba rayon sakini, 1987-ci il təvəllüdlü Xəlilov Nemət İsmayıl oğlunu bıçaqlayaraq qətlə yetirib.
İlkin məlumata görə, hadisə sərxoş vəziyyətdə olan bacanaqlar arasında mübahisə zəminində baş verib.
Artıq qətli törədən Emin Nəsirov Quba polisi tərəfindən saxlanılıb.
Rayon prokurorluğunda cinayət işi başlanıb.
Araşdırmalar davam edir.