» » NATO Dağlıq Qarabağ münaqişəsi tərəflərini gərginliyi azaltmağa çağırır


NATO Dağlıq Qarabağ münaqişəsi tərəflərini gərginliyi azaltmağa çağırır

8-07-2016, 13:43
Oxunub: 818
Çap et
NATO Dağlıq Qarabağ münaqişəsi tərəflərini gərginliyi azaltmağa çağırır
"NATO Dağlıq Qarabağ münaqişəsi tərəflərini gərginliyi azaltmağa və güc tətbiqindən çəkinməyə, bu barədə Varşava sammitindəki yekun kommünikedə xatırlatmağa çağırıb".
Trend-ə istinadən, bunu NATO-nun baş katibi Yens Stoltenberq alyansın Varşava sammiti ərəfəsində jurnalistlərə deyib.
O bildirib: "Kommünikemizdə, həmçinin Dağlıq Qarabağ münaqişəsini xatırlayacağımızı gözləyirəm. Biz hər iki tərəfi gərginliyi azaltmağa, güc tətbiqindən çəkinməyə, sülh və danışıqlara əsaslanmış həll yollarını tapmağa çalışmağa davam etməyə çağırırıq".
Reytinq: