Konstitusiya Məhkəməsi Milli Məclisə təkrar seçkilərin nəticələrini təsdiq etdi

siyaset
5-07-2016, 12:54 1375
Konstitusiya Məhkəməsi Milli Məclisə təkrar seçkilərin nəticələrini təsdiq etdi
Bu gün Azərbaycan Konstitusiya Məhkəməsi 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərin nəticələrinə dair iclas keçirib.
Trend-ə istinadən, Konstitusiya Məhkəməsi Mərkəzi Seçki Komissiyası tərəfindən təqdim olunan nəticələri təsdiq edib.
Qeyd edək ki, 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilər iyunun 18-də keçirilib.
Seçkilərdə 7 namizəd - Yeni Azərbaycan Partiyasından namizəd Cavid Osmanov, Ümid Partiyasından namizəd İqbal Ağazadə və bitərəf namizədlər Əli Haqverdiyev, Anar İbrahimli, Rəşid Gözəlov, Rəşad Abdullayev və Elmir Gözəlov - iştirak edib.
Ümumilikdə, seçki dairəsi üzrə 40 203 seçicidən 23 292-si səs verib ki, bu da seçicilərin ümumi sayının 57,94 faizini təşkil edir.
Təkrar seçkidə Yeni Azərbaycan Partiyasından namizəd C.Osmanov seçicilərin 85 faizdən çoxunun səsini qazanaraq lider namizəd olub.