» » Ərəblər Azərbaycandan çıxarılırlar


Ərəblər Azərbaycandan çıxarılırlar

28-06-2016, 12:07
Oxunub: 607
Çap et
Ərəblər Azərbaycandan çıxarılırlar
"2016-ci ilin 5 ayı ərzində brakonyerliklə mübarizə tədbirləri nəticəsində 69 nəfər saxlanılıb".
Bunu azvision.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə olunan Təbiət Ərazilərinin Departamenti direktorunun müavini Hikmət Əlizadə deyib.
Onun sözlərinə görə, həmin şəxslərə münasibətdə 69 akt və protokol tərtib edilib: "Qanunu pozan şəxslərdən 64 tüfəng və 297 patron götürülüb. Ümumilikdə qanunu pozan şəxslər 67800 manat cərimə ediliblər. İki iş hüquq-mühafizə orqanlarına göndərilib. Təbiətə 293 manat ziyan dəyib".
H.Əlizadə qeyd edib ki, bu ilin 5 ayı ərzində qanuni ovla məşğul olmaq üçün yerli vətəndaşlara 546 ədəd, xarici vətəndaşlara isə 105 lisenziya verilib.
"Ov icazələrinin 90 faizi su bataqlıq quşları üçün verilir. Yerli və xarici vətəndaşların daha çox marağı su bataqlıq quşlarının ovlanmasıdır. Ov icazəsi verilən xarici vətəndaşlar əsasən Avropa ölkələrindən, ərəb ölkələrindən gələnlərdir. Həmçinin ABŞ-dan da Azərbaycana ov etmək üçün gələnlər var".
Nazirlik rəsmisi bildirib ki, bu il 2 xarici ölkə vətəndaşı qanunsuz ova görə cərimə olunub: "Onlar ən yüksək məbləğdə - 2 min manata qədər cərimə olunublar. Həmin xarici ölkə vətəndaşlarının deportasiya olunması üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edilib".
H.Əlizadə vurğulayıb ki, qanunsuz ova görə cərimələnən xarici ölkə vətəndaşları daha çox ərəb ölkələrindən gələnlərdir.
Onun sözlərinə görə, qanunu pozanlar Azərbaycandan deportasiya olunurlar.
Reytinq: