» » Nazirlik: "Ankara "Türk axını" layihəsini bərpa edə bilər"


Nazirlik: "Ankara "Türk axını" layihəsini bərpa edə bilər"

28-06-2016, 12:03
Oxunub: 734
Çap et
Nazirlik: "Ankara "Türk axını" layihəsini bərpa edə bilər"
"Türkiyə Rusiyanın "Türk axını" qaz kəməri layihəsini bərpa edə bilər".
Bunu Trend-ə Türkiyənin Energetika və Təbii Resurslar Nazirliyindən deyiblər.
Nazirlikdən qeyd ediblər ki, hazırda bu məsələ baxılma mərhələsindədir.
Qurumdan bildiriblər ki, bu layihənin bərpa edilməsi ilə bağlı dəqiq tarix hələ məlum deyil.
Xatırladaq ki, Rusiya qazının Qara dəniz vasitəsilə Türkiyəyə tədarükünü nəzərdə tutan "Türk axını" layihəsinin reallaşdırılması dekabrın 3-də dayandırılmışdı.
Reytinq: