Adam yeməkdə şübhəli bilinən 54 nəfər tutuldu

arasdirma
25-08-2015, 12:01 828
Adam yeməkdə şübhəli bilinən 54 nəfər tutuldu Papua-Yeni Qvineyanın hüquq-mühafizə orqanları hannibalçılıqda şübhəli bilinən 54 nəfəri saxlayıblar.
"Report" xəbər verir ki, polis və hərbçilər Flay çayının mənsəbində adam yeyənlərlə mübarizəyə yönəlmiş xüsusi əməliyyat aparırlar.
Saxlanılan şəxslərin hamısı sahilyanı Vaydabodolo və Damera kəndlərinin sakinləridirlər.
Kəndlilər bir çox onilliklər ərzində xarici aləmdən xəbərsiz olublar. 2009-cu ildən başlayaraq hannibalçılıq faktları və komaların yandırılması və başkəsmə mərasimləri ilə müşayiət olunan gizli dini ayinlərin güclü təsiri barədə məlumatlar daxil olmağa başlayıb.
Ən rezonans doğuran cinayət qonşu kəndlərdən üç sakinin qətlə yetirilməsi olub. Cinayətkarlar onların başlarını özləri ilə aparıblar.