Milli Qəhrəman

yazarlar
24-06-2016, 13:28 1477
Azərbaycan Respublikasının Milli Qəhrəmanı
Sadıq Hüseynova ittihaf edirəm



Milli Qəhrəman




















Dağlar əzəmətli, qartal qürurlu,
Millətin igidi, məğrur bir oğlu,
Getdiyin yolların oldu uğurlu,
Yaşadın qəlblərdə hər an, hər zaman.
Igid vətən oğlu, Milli Qəhrəman!


Dayana bilmədin qarda, yağışda,
Getdin döyüşlərə əzimlə, başda,
Nərəylə düşməni əydin qarşıda,
Atdığın zərbədən alışdı hər yan.
Igid vətən oğlu, Milli Qəhrəman!

Eylədin sinəni yurd səngərini,
Uçurub dağıtdın yad sipərini,
Göstərdin mərdliklə öz hünərini,
Fəxr etdi səninlə bütün el, cahan.
Igid vətən oğlu, Milli Qəhrəman!

Qorudun torpağı, hər kiçik daşın,
Birlikdə döyüşən səngər yoldaşın,
Yolunu gözləyən ürək sirdaşın,
Vermədin yağıya heç də bir aman.
Igid vətən oğlu, Milli Qəhrəman!


Çingiz Cəfərli
08.04.2016