» » Azərbaycanda “Elektron təhsil” müsabiqəsi keçiriləcək


Azərbaycanda “Elektron təhsil” müsabiqəsi keçiriləcək

25-08-2015, 11:58
Oxunub: 271
Çap et
Azərbaycanda “Elektron təhsil” müsabiqəsi keçiriləcək Təhsil Nazirliyi “Elektron təhsil” respublika müsabiqəsi keçirəcək.
Qurumdan verilən məlumata görə, təhsildə informasiya texnologiyalarının tətbiqinə həsr olunan müsabiqə “Müəllim” və “Şagird” istiqamətləri üzrə müxtəlif nominasiyalarda təşkil olunacaq.
Müsabiqənin keçirilməsində məqsəd tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirmək və fəaliyyətlərini dəstəkləmək, ən yaxşı elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmaq, internetin imkanlarından istifadə etməklə həyata keçirilən yeni tədris üsulları barədə ölkənin təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün İKT-nin tətbiqinin yeni formalarını axtarmaq, təhsil müəssisələrində elektron resurslardan istifadəni genişləndirmək, müəllim və şagirdləri elektron resurslar yaratmağa və hazır resurslardan istifadəyə stimullaşdırmaqdan ibarətdir.
Müsabiqədə ümumtəhsil müəssisələrinin pedaqoji heyəti, pedaqoji kadrların ixtisasartırma və yenidən hazırlanması ilə məşğul olan qurumların metodist mütəxəssisləri və şagirdlər iştirak edə bilər. Müsabiqədə iştirak etmək istəyənlər www.musabiqe.edu.az səhifəsində qeydiyyatdan keçməli və ərizəni doldurmalıdırlar.
Qeyd edək ki, qaliblər diplom və müxtəlif hədiyyələrlə mükafatlandırılacaqlar.
Reytinq: