İran-Azərbaycan sərhədində yenə zəlzələ oldu

hadise
23-06-2016, 10:57 996
İran-Azərbaycan sərhədində yenə zəlzələ oldu
İran-Azərbaycan sərhə dində daha bir zəlzələ olub.
Report məlumat verir ki:
Xəbərə görə, iyunun 22-də yerli vaxtla axşam saat 20:56-da Naxçıvandan 86 km cənub-qərbdə İran ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ 3 bala qədər hiss olunub.
Yeraltı təkanın maqnitudası 4.6, dərinliyi 2 kilometr olub.
Qeyd edək ki, ilk zəlzələ iyunun 22-si yerli vaxtla saat 14:47-də Naxçıvandan 76 km cənub-qərbdə İran ərazisində qeydə alınıb. Zəlzələ Naxçıvanda 3 bala qədər hiss olunub. Yeraltı təkanın maqnitudası 4.6, dərinliyi 5 kilometr olub. Tehran Universiteti nəzdində Geofizika İnstitutunun yaydığı məlumata görə, zəlzələ 4,3 bal gücündə olub.