"Samsung" şirkəti Azərbaycandakı nümayəndəliyini bağlayır

iqtisadiyyat
22-06-2016, 12:08 921
"Samsung" şirkəti Azərbaycandakı nümayəndəliyini bağlayır
Cənubi Koreyaya məxsus "Samsung Electronics Central Eurasia" Məhdud Məsuliyyətli Ortaqlığın Azərbaycandakı nümayəndəliyi ləğv olunduğunu elan edib.
Report-a istinadən, bu barədə Vergilər Nazirliyinin "Vergilər" qəzetinin xüsusi buraxılışında məlumat verilib.
Əldə edilən məlumata görə, nümayəndəliyin bağlanmasına bu ay qərar verilib. Buna səbəb "Samsung"un Azərbaycandakı satış həcminin nəzərəçarpacaq dərəcədə azalmasıdır.
Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, ev 44 ünvanına bildirə bilərlər.