» » Hafiz Paşayev: "Neftin aşağı qiymətləri Azərbaycanda iqtisadi islahatlara xidmət edir"


Hafiz Paşayev: "Neftin aşağı qiymətləri Azərbaycanda iqtisadi islahatlara xidmət edir"

21-06-2016, 12:45
Oxunub: 870
Çap et
Hafiz Paşayev: "Neftin aşağı qiymətləri Azərbaycanda iqtisadi islahatlara xidmət edir"
"Neftin aşağı qiymətləri Azərbaycanda iqtisadi islahatların aparılması işlərinin davam etidirilməsində müsbət rol oynayır".
Trend-ə istinadən, bunu ADA Universitetinin rektoru Hafiz Paşayev "Kənd təsərrüfatına strateji baxış: rəqabət, ərzaq təhlükəsizliyi və sosial aspektlər" mövzusunda keçirilən konfransda deyib.
ADA-da təşkil olunmuş konfransda H.Paşayev qeyd edib ki, Azərbaycan iqtisadiyyatı hazırda vacib mərhələdən keçir, neft gəlirləri azalır: "Əgər neftin qiyməti indiki səviyyədə qalarsa və ya daha da aşağı düşərsə, bu, iqtisadi islahatların aparılmasına böyük dəstək göstərə bilər. Mən təcrübəmizi misal gətirə bilərəm: işimizi tam dəyişdik, büdcəni azaltdlıq. Keyfiyyəti saxlayaraq səmərəliliyinin artırılması üçün bütün lazımi işləri görürük".
Reytinq: