Azərbaycanın bir neçə yaşayış məntəqəsi qazsız qalacaq - SƏBƏB

arasdirma
21-06-2016, 10:56 1384
Azərbaycanın bir neçə yaşayış məntəqəsi qazsız qalacaq - SƏBƏB
Ağdaş və Zaqatala rayonlarında, həmçinin Bakı şəhəri Xəzər rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, aşkar olunmuş qaz sızmasının ləğvi, yeni çəkilmiş diametri 76 mm-lik qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, qaz xətlərində aparılacaq təmir işləri və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə bu gün saat 09:00-dan işlər yekunlaşanadək Ağdaş və Zaqatala rayonlarının, eləcə də Bakı şəhərinin Xəzər rayonunun Qala və Şüvəlan qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.