Bakıda maşın hərəkətdə olan zaman alovlandı, sürücü son anda xilas oldu - FOTO

hadise
20-06-2016, 10:53 1496
Bakıda maşın hərəkətdə olan zaman alovlandı, sürücü son anda xilas oldu - FOTO
Bakıda hərəkətdə olan maşın yanıb, sürücü son anda xilas olub.
APA-ya istinadən, hadisə aeroport yolunun Sabunçu stansiyasına dönən hissəsində qeydə alınıb.
Fərasət Şıxıyev idarə etdiyi 99 AV 976 dövlət nömrə nişanlı "VAZ 21015" ilə üzü aeroport istiqamətində hərəkətdə olarkən maşın qəfil alovlanmağa başlayıb. Avtomobilinin alovlanmasından xəbərsiz sürücünü isə yanından keçən digər sürücülər xəbərdar ediblər.
Son anda avtomobilini yolun kənarına çəkməyə macal tapan sürücü cəld maşını tərk edib. Bu zaman alov maşını tamamilə bürüyüb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə İdarəsinin əməkdaşları gəliblər. Yanğına cəld müdaxilə edən yanğınsöndürənlər, ərazidə əlavə təhlükəsizlik tədbirləri görüblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.