» » Azərbaycanda dəhşətli qəza: 4 ölü, 4 yaralı - YENİLƏNİB


Azərbaycanda dəhşətli qəza: 4 ölü, 4 yaralı - YENİLƏNİB

17-06-2016, 10:41
Oxunub: 569
Çap et
Azərbaycanda dəhşətli qəza: 4 ölü, 4 yaralı - YENİLƏNİB
17.06.2016

10:32

Ağır qəzada ölən və yaralananların adları bəlli oldu.

Kəpəz TV (Region TV) xəbər verir ki, Şəmkirdə iki avtomobilin toqquşması ağır nəticələrə səbəb olub. Hadisə zamanı 4 nəfər dünyasını dəyişib, 4 nəfər isə xəsarət alıb.

Bakı-Qazax magistralının Şəmkir rayonunun Könüllü kəndi ərazisindən keçən hissəsində yol qəzası baş verib. Hadisə zamanı Gəncə sakini, 25 yaşlı İntiqam Muxtarovun idarə etdiyi "Mercedes" markalı avtomobillə "VAZ 2106" markalı nəqliyyat vasitəsi toqquşub. Nəticədə VAZ-ın sürücüsü hadisə yerindəcə dünyasını dəyişib. Avtomobildə olan 7 nəfər Şəmkir sakini isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, 3 nəfər dünyasını dəyişib, 4 nəfərin isə vəziyyəti ağırdır. Ölənlərdən birinin azyaşlı olduğu deyilir.

"Mercedes"in sürücüsü isə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Ona sağ diz oynağının əzniyi, sağ və sol dirsəyin sıyrığı diaqnozu qoyulub. Vəziyyəti qənaətbəxşdir, ambulator müalicə üçün evə buraxılıb. İntiqam Muxtarovun dediyinə görə, o, Şəmkir şəhərində yerləşən banklardan birində işləyir. Hadisə şəxsi avtomobili ilə Gəncəyə qayıdarkən baş verib.

Ölənlər:

İntizam Həsənov

Xanım Bayramova

Rəna Həsənova

Aynur Həsənova

Yaralılar:

Ramin Həsənov

Vahid Bayramov

Röyal Həsənov

İntiqam Muxtarov

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsinin əməkdaşları araşdırma aparırlar. Qəzanın dəqiq səbəbləri avtotexniki ekspertizanın rəyindən sonra bəlli olacaq.

---------------

16.06.2016

22:59

Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Şəmkirdə iki avtomobilin toqquşması ağır nəticələrə səbəb olub. Hadisə zamanı 4 nəfər dünyasını dəyişib, 5 nəfər isə xəsarət alıb.

Bakı-Qazax magistralının Şəmkir rayonunun Könüllü kəndi ərazisindən keçən hissəsində yol qəzası baş verib. Hadisə zamanı Gəncə sakini 25 yaşlı İntiqam Muxtarovun idarə etdiyi "Mercedes" markalı avtomobillə "VAZ 2106" markalı nəqliyyat vasitəsi toqquşub. Nəticədə VAZ-ın sürücüsü hadisə yerindəcə dünyasını dəyişib. Avtomobildə olan 7 nəfər Şəmkir sakini isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Xəstəxanadan verilən məlumata görə, 3 nəfər dünyasını dəyişib, 4 nəfərin isə vəziyyəti ağırdır. Ölənlərdən birinin azyaşlı olduğu deyilir.

"Mercedes"in sürücüsü isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Ona sağ diz oynağının əzniyi, sağ və sol dirsəyin sıyrığı diaqnozu qoyulub. Vəziyyəti qənaətbəxşdir, ambulator müalicə üçün evə buraxılıb. İntiqam Muxtarovun dediyinə görə, o, Şəmkir şəhərində yerləşən banklardan birində işləyir. Hadisə şəxsi avtomobili ilə Gəncəyə qayıdarkən baş verib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsinin əməkdaşları araşdırma aparırlar. Qəzanın dəqiq səbəbləri avtotexniki ekspertizanın rəyindən sonra bəlli olacaq.

Videonu izləmək üçün şəklə klikləyin:

Azərbaycanda dəhşətli qəza: 4 ölü, 5 yaralı

--------

22:22

Bakı-Qazax magistral yolunda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə yolun Şəmkir rayonu Könüllü kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "Mercedes" lə "VAZ 2106" markalı avtomobilin toqquşması nəticəsində bir qadın ölüb, biri uşaq olaraq, 7 nəfər müxtəlif bədən xəsarətləri alaraq Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Məlumata görə, xəsarət alanlardan birinin vəziyyəti ağırdır. Onun azyaşlı olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdaərsində araşdırma aparılır.
Reytinq: