"İtaliya Belçikaya qalib gəlməklə hələ heç nəyə nail olmayıb"

idman
14-06-2016, 09:51 1203
"İtaliya Belçikaya qalib gəlməklə hələ heç nəyə nail olmayıb"
İtaliya komandası futbol üzrə Avropa çempionatında Belçika yığması üzərində qazanılan qələbə ilə hələ heç nəyə nail olmayıb.
Report-a istinadən, bu sözləri italiyalıların baş məşqçisi Antonio Konte deyib.
İtaliya "E" qrupunun ilk oyununda Belçika üzərində 2:0 hesabı ilə qələbə qazanıb.
"Gözəl oyun idi, biz buna yaxşı hazırlaşmışdıq və düzgün oynadıq. Biz turnirin favoritlərindən olan olduqca güclü komandaya qarşı oynadıq. Biz belə birlik və komanda ilə çox şeyə nail ola bilərik. Biz bu qələbə ilə hələ heç nəyə nail olmamışıq, lakin bu uşaqlarla nail olacağımıza ümid edirəm, onlar buna layiqdirlər", - deyə Konte bildirib.