Xətaidə Milli Qurtuluş Günü qeyd olundu

medeniyyet
13-06-2016, 15:39 1324
Xətaidə Milli Qurtuluş Günü qeyd olundu
Hər il olduğu kimi bu il də “Milli Qurtuluş günü” Xətai rayonunda təntənəli şəkildə qeyd olunub.
Rayon İcra Hakimiyyətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, Heydər Əliyev Parkında təşkil olunan tədbirdə rayon İcra Hakimiyyətinin rəhbərliyi, huquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət sahələrinin kollektivləri, veteran və gənclər təşkilatlarının üzvləri, rayon ictimaiyyəti və KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə İcra Hakimiyyətinin başçısı Razim Məmmədov çıxış edərək bu günün əhəmiyyətindən, Heydər Əliyevin ağır dövrdə qətiyyətli fəaliyyəti nəticəsində Azərbaycanın daxili və xarici düşmənlərinin ölkəmiz üçün hazırlanmış planlarını puça çıxarmasından və tez bir zamanda inkişaf yoluna başlamasından danışıb: “Məhz dünya şöhrətli siyasətçi Heydər Əliyevin qətiyyətli siyasi kursu, neft strategiyası, bütün sahələrdə həyata keçirdiyi davamlı islahatlar tezliklə ölkəmizi dünyanın aparıcı dövlətlərindən birinə çevirdi. Bu gün Azərbaycan ən mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir və dünyanın ən tolerant ölkələri sırasındadır”.
Tədbirdə şıxış edən YAP Gənclər təşkilatının sədr müavini Nuranə Şıxəliyeva, YAP Qadınlar Şurasının sədri Aygün Əhmədli, professor Adil Babayev, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Millət vəkili, YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov və başqaları o dövrün tarixi hadisələrindən, Azərbaycanın bu gün əldə etdiyi nailiyyətlərdən danışıblar.
Tədbir tanınmış incəsənət ustalarının və özfəaliyyət kollektivlərinin bayram konserti ilə davam edib.