Şəriət qaydası ilə uçan reyslər ləğv edildi

maraqli
13-06-2016, 14:05 1139
Şəriət qaydası ilə uçan reyslər ləğv edildi
Malayziyada şəriət qaydaları üzrə uçuş həyata keçirən "Rayani Air" aviaşirkətinin fəaliyyəti dayandırılıb.
Ansprerss-ə istinadən, bu barədə Malayziyanın mülki aviasiya departamenti qərar verib.
Cari ilin aprel ayında "Rayani Air" aviaşirkətindən istifadə edən sərnişinlər onun gecikməsi barədə hökumətə şikayət ediblər. Bundan sonra Malayziyanın avianəzarət xidməti şirkət barədə araşdırmaya başlayıb. Sonda təhlükəsizlik və audit departamenti reysləri ləğv etmək qərarına gəlib. Beləliklə, şirkətin lisenziyası ləğv edilib.
"Rayani Air" aviaşirkətinin ilk reysi ötən ilin dekabrında həyata keçirib. Bu reys şəriət qaydalarına tam uyğun şəkildə baş tutub. Belə ki, təyyarənin göyərtəsində sərnişinlərə yalnız halal qidalar verilib, donuz əti və spirtli içkilərdən istifadə olunmayıb.
Bundan başqa, təyyarəyə minənlər müsəlmandırlarsa, baş örtüklərindən istifadə ediblər, müsəlman deyillərsə, onlara ədəbli geyinmək tapşırılıb. Uçuşdan əvvəl isə təyyarənin göyərtəsində dualar oxunub.
Malayziyanın dövlət dini İslam dinidir və 28 milyonluq əhalinin 60%-i bu dinə etiqad edir. Ölkə çoxmillətli olduğundan burada digər dinlərə etiqad edənlər də çoxdur.
Xristianlar isə ölkənin 9%-ni təşkil edir. Bunlar da əsasən çinlilər və hindlilərdir.