» » Azərbaycanda problemli kreditlərin həcmi artır


Azərbaycanda problemli kreditlərin həcmi artır

13-06-2016, 12:09
Oxunub: 802
Çap et
Azərbaycanda problemli kreditlərin həcmi artır
Azərbaycanda ödəniş vaxtı keçmiş kreditlərin ümumi həcmi may ayının 1-nə 1 381,3 mln. manat təşkil edib.
Report-a istinadən, bu, ilk rübün yekunu ilə müqayisədə 4,13% çoxdur. Yəni, təkcə aprel ayında problemli kreditlərin həcmi 54,8 mln. manat artıb.
Bununla belə, ötən ilin sonuna nisbətən vaxtı keçmiş kreditlər 127,2 mln. manat və yaxud 8,43% azalıb. Son bir ildə isə problemli kreditlər 124,7 mln. manat və yaxud 9,92% artıb.
Qeyd edək ki, vaxtı keçmiş kreditlərin məcmu kredit portfelində payı son bir ayda 0,7 faiz bəndi, bu ilin əvvəlindən 0,5 faiz bəndi, illik müqayisədə isə 1,3 faiz bəndi artaraq 7,4%-ə çatıb.
Reytinq: