Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi Tvinninq layihəsi çərçivəsində görüş keçirib - FOTO

medeniyyet
8-06-2016, 11:59 1296
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi Tvinninq layihəsi çərçivəsində görüş keçirib - FOTO
2016-2017-ci illərdə İtaliyalı ekspertlərlə birgə "Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dəstək" adlı Tvinninq layihəsi həyata keçirilir.
Milli.Az bildirir ki, iyulun 07-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov Tvinninq layihəsininin yerli müşaviri Alessandro Bianki və layihə ekspertləri Miçela Diodato, Elisa Petruçi ilə görüşüb.
Görüşdə mədəni irsin qorunması və mədəniyyət sahəsində idarəetmənin təkmilləşdirilməsinə dair 2016-2017-ci illəri əhatə edəcək Tvinninq layihəsi ilə bağlı müzakirələr aparılıb.
Müzakirələr zamanı Vuqar Zeynalov layihənin əhəmiyyəti və potensialını yüksək qiymətləndirib, onun uğurla həyata keçirilməsinin mədəniyyət sahəsinin idarə edilməsində, mədəni irsin qorunmasında Azərbaycanın dünyanın ən qabaqcıl təcrübəsinə yiyələnməsinə kömək edəcəyini bildirib.
Layihə eksperti Azərbaycanın zəngin mədəni irsə sahib olduğunu qeyd edərək, paytaxt Bakıda görülən işlərdə xüsusi həssaslıq göstəriləcəyini bildirib.
Qeyd edək ki, layihə Avropa Komissiyası ilə razılaşdırılmış və Nazirlər Kabineti tərəfindən təsdiqlənmişdir. İki il davam edəcək layihə mədəniyyətin müxtəlif sahələrində idarəetmə sisteminin daha da təkmilləşdirilməsinə yönəlib.