Ramiz Fətəliyev xalq artisti oldu, "Şöhrət" ordeni aldı

medeniyyet
7-06-2016, 11:36 1390
Ramiz Fətəliyev xalq artisti oldu, "Şöhrət" ordeni aldı
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev R.M.Fətəliyevə "xalq artisti" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
AZƏRTAC-a istinadən, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında kinematoqrafiya sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Ramiz Məmmədəli oğlu Fətəliyevə "xalq artisti" fəxri adı verilsin".

X X X

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev R.M.Fətəliyevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
AZƏRTAC-a istinadən, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Ramiz Məmmədəli oğlu Fətəliyev "Şöhrət" ordeni ilə təltif edilsin".