Tələbələrə nə qədər kredit veriləcək? - Şərtlər açıqlandı - YENİLƏNİB

tehsil
6-06-2016, 13:57 1125
Tələbələrə nə qədər kredit veriləcək? - Şərtlər açıqlandı - YENİLƏNİB
13:55

"Tələbələr üçün bir illik kredit maksimum 4 min manat, 4 il üçün isə 20 min manat nəzərdə tutulur".

Azvision.az xəbər verir ki, bu sözləri Maarifçi Tələbə Kredit Fondunun icraçı direktoru Rüfət Mahmud deyib. O qeyd edib ki, tələbələrə təhsil kreditləri bu ildən veriləcək.

"Bu gündən iyunun 15-ə qədər Fondun yaradılmasında iştirak edən dövlət ali təhsil müəssisələri -Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Gəncə Dövlət Universiteti və Sumqayıt Dövlət Universitetinin tələbələri müraciət edə bilərlər. 10 gün müddətində onların təhsil haqlarını ödəmək üçün krediti almaq şansları var".

İcraçı direktor bildirib ki, sağlamlığı məhdud olan insanlar, ailə başçısını itirən ailələrin uşaqlarına güzəştli paket - 6 faiz kreditin verilməsi tətbiq olunacaq. O qeyd edib ki, kredit verilməsi üçün tələbədən girov və ya zəmanət tələb edilmir.

"Fond stimul yaradır ki, tələbə yaxşı oxusun və göstəriciləri də yaxşı olsun. Tələbə özü iş yeri axtarmalı və bir ildən sonra krediti qaytarmalıdır. Həm də tələbə üçün sonradan da krediti qaytarmaq üçün problem yarana bilməz. Əgər tələbə krediti verməməkdə israr edərsə, o zaman Fondun həmin şəxsi məhkəməyə vermək səlahiyyəti var. İnanırıq ki, belə hallar olmayacaq".

Təhsil Nazirliyinin Ali orta ixtisas təhsili şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov qeyd edib ki, ödənişli əsaslarla qəbul olan tələbələr ilk kursun təhsil haqqını əvvəlcədən ödəyirlər.

"Ödənişli əsaslarla qəbul olanlar birinci kursun təhsil haqqını ödədikdən sonra qeydiyyata alınırlar. Ona görə də tələbə kreditləri 2-ci kursdan və hər bir tələbənin akademik göstəricilərinə uyğun olaraq veriləcək. Buna görə də tələbənin ümumi müvəfəqiyyət göstəricisi 71 baldan yuxarı olmalıdır".

Sektor müdirinin sözlərinə görə, bu il üçün kreditlər bakalavriat səviyyəsi üçün nəzərdə tutulub: "Bu il kreditlər magistr və doktorantları əhatə etməyəcək. Amma bu, o demək deyil ki, gələcəkdə onlar üçün kredit verilməyəcək. Gələcəkdə fond tərəfindən onlar üçün də şərait yaradılacaq".

-----------

13:05

Bu gün Təhsil Nazirliyində Maarifçi Kredit Fondunun fəaliyyətə başlaması və qurumun saytının istifadəyə verilməsilə bağlı media-brifinq keçirilib.

Trend-in məlumatına görə, nazirliyin təşəbbüsü ilə yaradılan fond dövlət ali təhsil müəssisələri - Azərbaycan Dillər Universiteti, Azərbaycan Pedoqoji Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Gəncə Dövlət Universiteti və Sumqayıt Dövlət Universiteti tərəfindən tərəfindən təsis edilib.

Fondun məqsədi təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər verilməsi vasitəsilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır. Kredit üçün müraciət edən tələbələr müəyyən ümumi tələblərə cavab verməlidir.

Fonda Azərbaycan Respublikasının vətəndaşı olan, müvafiq təsisçi universitetlərin birində təhsil alan və təhsilini davam etdirmək üçün maliyyə yardımına ehtiyacı olan təbələr müraciət edə bilər.

Fondun icraçı direktoru Rüfət Mahmudov bildirib ki, fond 10 ali məktəb tərəfindən təsis edilməklə yanaşı, həmin universitetlərin sərmayəsi ilə maliyyəşəcək: "Universitetlər hər il kreditlə təhsil almaq üçün tələbə yerlərinin sayını açıqlayacaq və həmin tələbələrə uyğun da fonda sərmayə yatıracaq. Qəbul olan tələbə sənədlərini təqdim edərək fonddan kredit götürəcək. Müraciət edən tələbə 25 yaşdan böyük və illik ailə büdcəsi 10 min manatdan çox olmamalıdır. Tələbəyə kredit 10 il müddətinə veriləcək. Kreditlər illik 8 faizlə hesablanacaq. Həmçinin, 70 baldan aşağı qiymət bal alan tələbə fonddan kredit götürə bilməcək. Fond tələbəyə 10 illik kredit verəcək".

Tədbirdə çıxış edən Təhsil Nazirliyinin şöbə müdiri Sülhəddin Gözəlov bildirib ki, tələbələr birinci kursu başa vurandan sonra kredit üçün fonda müraciət edə bilərlər: "Çünki birinci kursda oxuyan tələbənin akademik göstəriciləri bəlli olmur. Ona görə də fond tələbələrə ikinci kursdan kredit verəcək".

Hələlik 350 tələbənin kreditlə təhsil alması qərara alınıb. Gələcəkdə bu say artırıla bilər.

-----------

12:21

Bu gün Təhsil Nazirliyində Maarifçi Kredit Fondunun fəaliyyətə başlaması və qurumun saytının istifadəyə verilməsilə bağlı media-brifinq keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, nazirliyin təşəbbüsü ilə yaradılan fond dövlət ali təhsil müəssisələri - Azərbaycan Dillər Universiteti, Azərbaycan Pedoqoji Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Gəncə Dövlət Universiteti və Sumqayıt Dövlət Universiteti tərəfindən tərəfindən təsis edilib.

Fondun məqsədi təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər verilməsi vasitəsilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır. Kredit üçün müraciət edən tələbələr müəyyən ümumi tələblərə cavab verməlidir.

Fonda Azərbaycan Respublikasının vətəndaşı olan, müvafiq təsisçi universitetlərin birində təhsil alan və təhsilini davam etdirmək üçün maliyyə yardımına ehtiyacı olan tələbələr müraciət edə bilər.