Azərbaycan və Ermənistan razılığa gəldilər - BƏYANAT

siyaset
3-06-2016, 13:28 1057
Azərbaycan və Ermənistan razılığa gəldilər - BƏYANAT
"Nazirlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsinə sadiq olduqlarını bir daha təsdiq etdilər".
Azvision.az-a istinadən, bu barədə ATƏT-in Minsk Qrupu həmsədrlərinin mayın 31-də Brüsseldə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və iyunun 2-də isə Parisdə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşlərinin yekunu ilə bağlı yaydıqları bəyanatda deyilir.
Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrini şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.
Bəyanatda bildirilib ki, həmsədrlər ATƏT-in fəaliyyətlə olan sədrinin xüsusi nümayəndəsinin ofisinin genişləndirilməsi və ATƏT araşdırma mexanizmlərinin qurulması ilə bağlı sənəd layihəsini baxılması üçün nazirlərə təqdim ediblər: "Nazirlər prezidentlərin hərtərəfli sülh sazişi istiqamətində danışıqları bərpa etmək istiqamətində iyun ayında danışıqların növbəti mərhələsinin keçirilməsinə razılıqlarını təsdiqləyiblər".