Qulu Məhərrəmli istefa verdi

gundem
2-06-2016, 14:44 1120
Qulu Məhərrəmli istefa verdi
Tanınmış telejurnalist, filologiya elmləri doktoru Qulu Məhərrəmli AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri vəzifəsindən gedir.
Bu barədə aznews.az-a Q.Məhərrəmli özü məlumat verib. Şöbə müdiri işdən çıxması ilə bağlı ərizə yazdığını və rəhbərliyə təqdim etdiyini deyib: "İnstitutdan öz istəyimlə uzaqlaşmaq istəyirəm. Artıq ərizə yazmışam. Lakin hələ ərizəmə baxılmayıb".
Q.Məhərrəmli işdən çıxma səbəbini də açıqlayıb: "Bir institutda nə qədər işləmək olar? Tofiq Hacılı rəhmətə gedəndən sonra da demişdim ki, bu institutda işləməyin bir mənası qalmayıb artıq".